Tərtərdəki N saylı hərbi hissədə bayram şənliyi
Tərtər, 21 mart, AZƏRTAC
Tərtər rayon ictimaiyyətinin və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələrinin iştirakı ilə N saylı hərbi hissədə Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hərbi Prokurorluğun şöbə rəisi Mahir Əliyev, rayon hərbi prokuroru Fuad Məmmədov və başqaları çıxış edərək, bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıblar. Çıxışlarda Azərbaycanda ordu quruculuğu sahəsində qazanılan uğurlardan bəhs edilib. Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən qüdrətlənən Azərbaycan Ordusu Vətənimizin keşiyində ayıq-sayıq dayanaraq, öz müqəddəs missiyasını şərəflə və layiqincə yerinə yetirir. Silahlı qüvvələrimizin maddi-texniki bazası, müasir silahlarla təminatı və şəxsi heyətin döyüş ruhu onu deməyə əsas verir ki, ordumuz işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazırdır.
Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin bayram təbriki əsgərlərə çatdırılıb.
Hərbiçilərə hədiyyələr və bayram sovqatı təqdim edilib. Tərtər rayon mədəniyyət evinin özfəaliyyət kollektivi əsgərlər qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10