Azərbaycan, Bakı, 21 mart /Trend/

Fransa prezidenti Fransua Olland aprelin 24-də və 25-də Yerevana və Bakıya səfər zamanı Azərbaycan və erməni həmkarları ilə dağlıq qarabağ münaqişəsini müzakirə edəcək.

Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Fransanın Avropa işləri üzrə dövlət katibi Arlem Deziri bildirib.

İndiki status-kvo Ermənistanın və Azərbaycanın maraqlarına cavab vermir, o deyib.

"Buna görə respublikanın prezidenti, diplomatik təşəbbüslərin yenilənməsinə kömək etməyi arzu edərək, 27 oktyabr 2014-cü ildə Ermənistan və Azərbaycan prezidentlərinin iştirakıyla sammit çağırdı. Bu görüş zamanı birinci humanitar addım - itkin düşmüş insanlar barəsində informasiyanın mübadiləsi haqqında razılıq nail olunmuşdu", - Dezir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az