Dünyanın ən populyar sosial şəbəkəsi Facebook istifadəçilərin davranış qaydaları və yasan kontentlə bağlı yeni qaydalarını (Community Standards) açıqlayıb.
 
Milli.Az Facebook-un rəsmi bloquna istinadən bildirir ki, yeni qaydalara görə, sosial şəbəkə daxili qaydaları pozmayan, amma konkret ölkənin qanunvericiliyinə zidd kontenti siləcək.
 
Facebook istifadəçilər arasında mədəni və yaş fərqləri baxımından çılpaq vücudun olduğu kontenti məzdudlaşdıracaq.
 
İrqi, milli, dini, cinsi, gender və sağlıq durumu fərqləri mövzusundakı şərhlər, düşmənçilik və nifrət aşılayan açıqlamalar yasqalanıb.
Kimisə ələ salan, təhqir edən, şərəf və ləyaqətini alçaodan, habelə şantaj xarakterli profillərlə səhifələr bğağlanacaq.
 
Bundan başqa, səhhətə ziyan vurmaq, suisid, həzm sisteminin sürətlə pozulması, habelə suisid qurbanları ilə bağlı istənilən kontentin dərci qadağandır.
 
Milli.Az

фото