Qadın heyvan kəsə bilərmi? Qadının kəsdiyi heyvanı yemək olarmı?
Milli.Az islam.az-a istinadən bildirir ki, heyvan kəsmək məsələsində qadınla kişi arasında fərq yoxdur. Qadın da əgər bacarırsa, heyvan kəsə bilər. Lakin qadın yaradılış etibarı ilə zəif və zərif olduğu üçün, zorakılıqdan və qandan qorxduğu üçün bu işi görmək ona çətindir. Adətən, həyatda bəzi qadınların ən uzağı toyuq və sair ev quşunu kəsə bildiklərini görürük.
Əgər qadın heyvan kəsmək qaydalarını bilirsə, gücü və iradəsi buna imkan verirsə, kəsməyin maneəsi yoxdur və həmin əti yemək olar.
Əgər qadın heyvan kəsmək qaydalarını bilirsə, gücü və iradəsi buna imkan verirsə, kəsməyin maneəsi yoxdur və həmin əti yemək olar.
Milli.Az