[ 20 Mart 2015 11:37 ]
Bakı - APA. "Azərbaycan Respublikasında qanunun aliliyi təmin olunub və davamlı demokratik inkişaf yolunda ardıcıl addımlar atılır. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə sadiqdir və əməli fəaliyyəti ilə bunu nümayiş etdirir. Bütün bu tədbirlər ilk növbədə Azərbaycan hökumətinin fəaliyyətinin əsasını təşkil edən Azərbaycan vətəndaşlarının mənafeyi naminə edilir. Heç kim siyasi baxışlarına görə təqib edilmir”.
APA-nın məlumatına görə, bu açıqlama ilə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib.
“Azərbaycana çağırış edən Dövlət Departamentinin Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxartmaq üçün ATƏT üzrə öhdəliklərini və BMT TŞ-nin qətnamələrinin tələblərini yerinə yetirmək üçün Ermənistana israrlı çağırış etməsi və azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa edilməsi məsələsini qaldırması daha təqdirəlayiq olardı”, - deyə H. Hacıyev açıqlamasında bildirib.