Qalmaqallı müğənni Mayli Sayrusun azarkeşləri xəyanət etdiyinə görə müğənninin sevgilisi Patrik Şvartseneqqerı öldürmək istəyir.

ANS PRESS-in məlumatına görə, fanatlar sosial şəbəkələrdə Patriki öldürməklə hədələyirlər.

Bu günlərdə öz münasibətlərini qanuniləşdirməyə hazırlaşan Mayli Sayrusla Patrik Şvartseneqqerin arası dəyə bilər.

Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneqqerın 21 yaşlı oğlu bu günlərdə Meksikada bir qızla vaxt keçirərkən kameraların obyektivlərinə tuş gəlmişdi.

Patrik bikinidə olan qızla qucaqlaşıb və onun bədənindən içki içib. Daha sonra məsələ böyüdükdə Patrik öz mikrobloqunda qızın onun yaxın dostu olduğunu bildirib.









Mənbə
ANS PRESS