Son günlər döyülmə videosu ilə gündəmə gələn Ülkər İsayeva Facebook sosial şəbəkəsindəki səhifəsini silib.
 
Milli.Az bildirir ki, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən restoranın qarşısında Ülkər İsaxanlı Zaur və Elin Məmmədov qardaşları tərəfindən vəhşicəsinə döyülüb.

Döyülmə səhnəsi “Təhlükəsiz Şəhər” Xidmətinin kameralarına anbaan düşüb. Bakı Apellyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb.
 
Hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Zaur Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.
 
Ceyhun Ələkbərov
Milli.Az