Binyamin Netanyahunun qələbəsi və İsrail - Fələstin sülh prosesinin perspektivləri
Bakı, 19 mart, AZƏRTAC
Binyamin Netanyahu israillilərə çiçəklənmə və təhlükəsizlik vəd edir. Bununla yanaşı, İsrail - Fələstin sülh prosesinin perspektivləri hazırda inandırıcı görünmür. Seçkilər ərəfəsində Netanyahu hökumət başçısı postuna yenidən seçiləcəyi təqdirdə Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini bəyan etmişdi.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, fələstinlilər üçün bu, sürpriz olmayıb. Hazırda mövqelərinin aydın olduğunu deyən Fələstin parlamentinin deputatı Camal Huvailin sözlərinə görə, bundan sonra Fələstin rəhbərliyi işğala qarşı xalq müqavimətini aktivləşdirmək məqsədi ilə bütün beynəlxalq institutlara, əsasən də Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməlidir.
Türkiyənin İsraildəki keçmiş səfiri Oğuz Çelikkol Netanyahunun Fələstin dövlətinin yaranması məsələsində tutduğu mövqeyin beynəlxalq arenada yəhudi dövlətinin vəziyyətini çətinləşdirəcəyini düşünür. “Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ ümumilikdə “iki millət üçün iki dövlət” ideyasını dəstəkləyir. İsrailin bu konsepsiyadan yayınması dünyada yəhudi dövlətinin mövqeyinə neqativ təsir göstərəcək, həmçinin Türkiyə və İsrail arasında münasibətlərin bərpasını qəlizləşdirəcək”, – deyə diplomat əlavə edib.
Binyamin Netanyahunun ətrafı isə hesab edir ki, Fələstinlə münasibətin və beynəlxalq ictimaiyyətin reallaşdırılmasında israr etdiyi “iki millət üçün iki dövlət” konsepsiyanın aqibəti məhz onun formalaşdıracağı yeni kabinetdən asılı olacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51