Milli.Az BBC-yə istinadən bildirir ki, Rusiyanın Krımı Ukraynadan ilhaq etməsinin ildönümündə Prezident Vladimir Putin Qərb sanksiyalarının vurduğu ziyan haqqında danışıb.
 
O deyib ki, fərdi şəxslərə və mühüm iqtisadi sektorlara qarşı tətbiq olunan sanksiyalar "faciəli olmasa da, təbii ki, davam etməkdə olan işlərimizə ziyan vurub", İnterfaks agentliyi xəbər verir.
Kremlin qarşısındakı şənliklərdə minlərlə rusiyalı iştirak edib.
 
Gələn həftə Aİ liderləri sanksiyaların gələcəyini müzakirə edəcək.
Avropa İttifaqının yüksək rütbəli rəsmisi deyib ki, Aİ Şurasının prezidenti Donald Tusk ölçülərin birbaşa Minsk atəşkəs sazişinin həyata keçirilməsinə bağlı olmasına çağırış edəcək.
 
Cənab Tusk istəyir ki, sanksiyalar ilin sonunadək davam etsin. Atəşkəs sazişinə əsasən bu vaxtadək Ukrayna hazırda rusiyapərəst üsyançıların nəzarəti altında olan şərqi sərhədinə nəzarəti bərpa etməlidir.
 
Milli.Az