Azərbaycan, Bakı, 19 mart /Trend/

Bulvarda intihar cəhdinin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi intihar etmək məqsədilə özünü dənizə atıb.

Həmin şəxs nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aiddiyyəti üzrə təhvil verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az