Bakı, 19 mart, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Banqladeşin ölkəmizdəki səfiri Zulfiqur Rəhman ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Banqladeş arasında əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov səfir Zulfiqur Rəhmana gələcək fəaliyyətində uğurlar arzu edib.