Bakı, 19 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə yardım aksiyası keçirilir.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, Bakının bütün rayonlarını əhatə edən aksiya çərçivəsində 100-ə yaxın aztəminatlı ailəyə Novruz sovqatının paylanması nəzərdə tutulub.



