ATV.az-a açıqlama verən ifaçı oğlunun müğənni xanımla evlənməsini istəmədiyini açıqlayıb: “Yox, istəmərəm oğlum müğənni qız alsın. O başqa cür oğlandır, tam fərqlidir”.
“Özünüz də xanım ifaçısınız. Bəs niyə övladınızın müğənni xanımla evlənməsini istəməzsiniz?” sualına X. Qədimova belə cavab verib: “Birinci, oğlum qərar verməlidir. O isə istəmir. Amma gələcək gəlinim mənə oxşasa, razılaşaram. Oğlum deyir ki, istəyərəm evlənəcəyim xanım sənə bənzəsin, sənin kimi olsun”.
Milli.Az