Ətraf mühitə dəymiş ziyanla bağlı bp şirkətinə qarşı iddia qaldırılıb
Bakı, 19 mart, AZƏRTAC
Carı il 5 mart tarixində Xəzər dənizində “İstiqlal” Üzən Dəniz Qazma Qurğusundan “Ultradril” su əsaslı qazma məhlulunun quyunun qazılması zamanı dənizə axıdılması faktı ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumlarının əməkdaşları tərəfindən operativ qaydada ekspedisiya təşkil edilib və hadisə yerində araşdırma aparılıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı müəyyən edilmişdir ki, qazma prosesində texnoloji prosesin tərkib hissəsi olan boru kəmərinin quyuya endirilməsi zamanı texnoloji reqlament normalarının pozulması nəticəsində su əsaslı qazma məhlulu 530 metr dərinlikdə dənizin dibinə dağılıb. Nazirliyin əməkdaşları tərəfindən məhlul axıdılan yerdən və axıdılma mənbəyinin ətrafından nümunələr götürülüb, ekotoksikoloji və analitik təhlillər aparılıb.
Təhlillərin nəticəsinə görə dənizin neft və digər toksiki maddələrlə çirklənməsi aşkarlanıb, lakin qazma məhlulunun tərkibində aşağı toksikliyə malik maddələrin olduğu müəyyən olunub. Faktla əlaqədar bp şirkətinə qarşı 12 min 300 manat məbləğində iddia qaldırılmışdır.
Qeyd edək ki, hələ 2000-ci illərin əvvəllərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi bp-yə və Azərbaycanda qazma işləri aparan digər təşkilatlara sintetik əsaslı orta və yüksək toksikliyə malik kimyəvi tərkibli qazma məhlullarından dəniz şəraitində istifadəni qadağan edib və əvəzində su tərkibli məhlulların istifadəsinə icazə verib. bp-yə məxsus sözügedən bu qazma qurğusunda da su tərkibli qazma məhlulundan istifadə edilir.
ETSN-in Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizində fəaliyyət göstərən karbohidrogen hasilatı ilə məşğul olan obyektlərdə mütəmadi olaraq monitorinq işlərini davam etdirir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56