Dünyanın ən gözəl və cazibədar qadınlarından biri olan Viktoriya Bekhem gözəllik sirrini açıqlayıb. ANS PRESS-in məlumatına görə, 39 yaşlı Bekhem "Allure" jurnalının mart buraxlışının qapağına çıxıb.

O, 4 uşaq dünyaya gətirməsinə baxmayaraq gözəl formada qalmasından danışıb.

Bekhem onu məşhurlaşdıran "Spice Girls" qrupu dağılandan sonra özünü moda sahəsində sınamağa qərar verib. Həm gərgin iş, həm də şəxsi həyatına baxmayaraq o idmanı heç vaxt axsatmır.

"Hər sabah saat 06:00-da qalxıb 6,5 km qaçıram. Artıq tüklərdən xilas omaq üçün lazerə müraciət edirəm. Başqa yollara əsla".

Viktoriya həyat yoldaşı Devid Bekhemin futbol oynadığı dövrdə 6 il ABŞ-da yaşamasını həyatının ən yaxşı dövrü adlandırıb.






Mənbə
ANS PRESS