Bakı, 19 mart, AZƏRTAC
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti Ulduzum proqramının üzvləri üçün Bahar lotereyasına start verir.
Şirkətdən AZƏRTAC-a bildiriblər kİ, bu lotereya sayəsində Bakcell abunəçiləri Ulduzum proqramının tərəfdaşları tərəfindən təqdim olunan endirimlərdən faydalanmaqla yanaşı, hər gün ALOV smartfonu qazanmaq şansı əldə edəcəklər. Lotereyanın əsas qalibinə Mançesterə 2 nəfərlik səyahət kuponu təqdim olunacaq. Lotereyada iştirak edən, lakin qalib gəlməyən abunəçilərə isə lotereya bitdikdən sonra 20 dəqiqəlik şəbəkə daxili pulsuz danışıq hədiyyə olunacaq.
Lotereyada iştirak etmək üçün Ulduzum tərəfdaşları olan Megafun, 189 Taksi və ya Hesab.az xidmətlərinin birindən Ulduzum kodu vasitəsilə endirim almaq yetərlidir. Bu xidmətlərdən istifadə zamanı xərclənən məbləğ minimum 5 manat olmalıdır. Abunəçi balansından istifadə etdiyi hər 5 manat müqabilində 1 uduş şansı qazanmış olur. 20 manat və daha artıq məbləğdə ödənişlər olduğu halda uduş şansları 2 dəfə artır.
Uduşun sahibi mayın 25-də xüsusi proqram təminatı vasitəsilə təsadüfi yolla müəyyən ediləcək.
Bahar lotereyası və Ulduzum proqramının üstünlükləri barədə daha ətraflı məlumatı www.ulduzum.az səhifəsindən əldə etmək olar.