[ 19 Mart 2015 16:09 ]



Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Belarusda “Belarus Sənaye Forumu” keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, “Belarus Sənaye Forumu” mayın 12-15 tarixlərində Minsk şəhərində baş tutacaq.

 

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Forumda iştirak etmək istəyən yerli şirkətlər və sahibkarlıq subyektləri Azpromo-ya müraciət edə bilərlər.