Frankfurtdakı etiraz aksiyası ilə Kiyev Maydanındakı hadisələri müqayisə etməyin heç bir əsası yoxdur.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, bunu Almaniyanın daxili işlər naziri Tomas de Mezyer deyib.

"Biz bilirdik ki, zorakılıq olacaq. Bu əvvəldən bəlli idi. Bu səbəbdən də təşkilatçılar elə görüntü yaratmasınlar ki, sanki günahsızdırlar. Bu, doğrudan da çox dəhşətli idi. Ağır yaralananlar polislər olub. Məni ən çox qəzəbləndirən isə Frankfurtdakı zorakılığın Maydanla müqayisə edilməsidir. Bunun ümumiyyətlə heç bir əsası yoxdur".

Milli.Az