Bundan sonra fakültə dekanları 1450, kafedra müdirləri 1300, professorlar 1200, dosentlər 1050, baş müəllimlər 810, assistentlər və müəllimlər isə 750 manat əmək haqqı alacaqlar. Ümumilikdə əmək haqqı artımı universitetin bütün əməkdaşlarına o, cümlədən 1200 nəfər professor-müəllim heyətinə şamil edilib. Belə ki, son əmək haqqı artımından sonra Tibb Universitetində professor - müəllim heyətinin orta aylıq əmək haqqı 1100 manata çatıb.