Banqladeşin paytaxtı Dəkkənin həndəvərindəki Matuayldakı böyük zibilxanada yaşayan bu insanlar təkrar emal üçün kağız, metal, polietilen toplayır, bu minvalla yaşamları üçün pul qazanmağa çalışırlar.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Dəkkədəki zibillərin 65 faizi bu zibilxanaya daşınır.
 
Tanınmış italyan fotoqraf Kriştianu Ostinelli zibilxanada olaraq oradakı yaşamı əks etdirən seriya hazırlayıb.
 
Milli.Az