Londondakı Nyu-Bond küçəsində (New Bond Street) yerləşən "Graff" zərgərlik şirkəti dünyanın ən bahalı, indiyədək misli-bərabəri olmamış qol saatını hazırlayıb.
İsveçrənin Bazel şəhərində keçirilən ənənəvi Beynəlxalq Saat Sərgisində (BaselWorld) nümayiş olunan bu unikal qol saatının dəyəri nə az, nə çox - düz 40 milyon dollardır.
Milli.Az The Guardian-a istinadən bildirir ki, koppusu ağ qızıl və platindən olan saat ən yüksək keyfiyyətli 153 karatlıq brilyantlarla bəzədilib. Brilyantların ortasında isə 38 karatlıq almaz var.
"Dünyanın ən bahalı və ən yaxşı transformasiya olunan qol saatı" kimi təqdim olunan bu qol saatını həm birbaşa funksionalı, həm də bilərzik kimi istifadə etmək olar.
"Graffination" adlanan bu qol saatının təqdimatında o da bildirib ki, unikal əsərin qiymətinə Britaniyada 20 lüks villa almaq olar.
Milli.Az


