“Microsoft”un 20 il əvvəl çıxardığı brauzeri “Internet Explorer” daha olmayacaq.

 

Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə,  “Microsoft” şirkəti 2015-ci ilin sonunda təqdim edəcəyi “Windows 10” üçün yeni internet brauzer adı axtarır.

 

Şirkətin “Internet Explorer”dən (IE) imtina edəcəyi şayiələri keçən ildən gündəmdə idi. 2002-ci ildə internet brauzerlər bazarında 95%-lik payı olan, indi isə cəmi 19%-lə kifayətlənən IE-nin nüfuzunun düşməyinin səbəbi kimi Firefox və Chrome brauzerlərinin daha çox bəyənilməsi göstərilir.