Vaşinqtonda "Qərbin Cənubi Qafqaz strategiyası" məcmuəsinin təqdimatı olub
"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Mərkəzi Asiya və Qafqaz İnstitutunda keçirilən təqdimat mərasimində məcmuənin müəllifləri fikir mübadiləsi aparıb.
İnstitutun rəhbəri Frederik Star tədbiri giriş sözü ilə açaraq məcmuə haqqında qısa məlumat verib. Cənubi Qafqazın ilk dəfə 1991-ci ildə Sovet İttifaqı dağılan zaman diqqət mərkəzinə gəldiyini bildirən Star Bakı-Tbilisi-Ceyhan boru xətti anlaşması ilə bu diqqətin daha da genişləndiyini bildirdi. O, bundan sonra Cənubi Qafqazın yenidən ABŞ Əfqanıstanda əməliyyatlara başlayan zaman gündəmə gəldiyini dedi. Ancaq Frederik Star Qərbin Cənubi Qafqaza yönəlik siyasətində bir çox yanlışlıqların olduğunu bildirdi.
Bu yanlışlıqlara nəzər salan məcmuənin digər müəllifi Mərkəzi Asiya və Qafqaz İnstitutunun araşdırma direktoru Mamuka Tsereteli Dağlıq Qarabağ münaqişəsinin prioritetə çevrilməməsini ən başlıca səhv kimi dəyərləndirdi.
Digər səhvlər sırasında o, Rusiya-Gürcüstan müharibəsi və enerji məsələlərinə marağın az olmasını, İranla münasibətlərdə Qafqazın nəzərə alınmamasını göstərdi. Tədqiqatçı Rusiyanın regiondakı təsirinə məhəl qoyulmamasının da başlıca yanlışlıqlardan biri olduğunu dedi.
Bu fonda Fredirik Star isə ABŞ üçün demokratiyanın mühüm olduğunu vurğulasa da, hazırda ölkələrin süverenliyinin qorunmasının daha önəmli olduğunu bildirdi: “Əvvəllər bu haqda çox danışardıq, indi yenidən bu barədə danışmağın və əmələ keçməyin vaxtıdır. Suverenlik çox mühümdür. Bu mövzunu kənara qoysaq, onda digər məsələlərə də ehtiyac qalmayacaq”.
Araşdırmanın 3-cü müəllifi, institutun direktoru Svante Kornel isə məcmuəni təhlil edərək regionun mühümlüyünü vurğuladı. Tədbirdən sonra Amerikanın Səsinə müsahibə verən Kornel Azərbaycanın ABŞ üçün iqtisadi dəyərindən danışdı.
Svanta Kornel ümid edir ki, rəsmilərin “Qərbin Cənubi Qafqaz Strategiyası” məcmuəsi nəzərdən keçirməsi münasibətlərin yaxşılaşmasına xidmət edə bilər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51