Paytaxt polisi hərəkətə keçir (VİDEO)
ANS TV-nin məlumatına görə, bayram tədbirlərinin keçirilməsilə bağlı Dövlət Yol Polisi gücləndirilmiş iş regiminə keçir. Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz şənliklərilə əlaqədar bir sıra küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq. Bayram şənliklərilə əlaqədar sabah saat 7-dən paytaxtın Neftçilər prospekti istiqamətində kəsişən bütün küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tədbir tam başa çatanadək məhdudiyyət qoyulacaq.
Konstitusiya Məhkəməsi və Qoşa Qala qapısının önündən başlanan tədbir daha sonra İçərişəhər, Neftçilər prospekti, Dənizkənarı Bulvar boyu və digər yaxın ərazilərdə keçiriləcək.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildiridi ki, paytaxtın “Azneft” dairəsində, Neftçilər prospektilə Yusif Səfərov küçəsinədək kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyidiriləcək.
Bunu nəzərə alaraq paytaxtın qeyd edilən hissəsinə doğru Bakı-Salyan yolunun 14-cü km-dən, 20-ci Sahə dairəsinə kimi. Eyni zamanda, Mikayıl Müşfiq dairəsindən, yəni Mikayıl Müşfiq küçəsilə, Mətbuat prospektinin kəsişməsinə qədər. Eləcə də Teymur Elçin-Mehdi Hüseyn, Yusif Səfərov-28 May, Yusif Səfərov-Afiyəddin Cəlilov küçələrinin kəsişməsindən və digər hissələrdən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Bölgələrdən paytaxta doğru gələnlər isə Bakı-Salyan yolunun 14-cü km-dən, 3-cü Kənar dairəvi yolla hərəkət edə biləcəklər.
Vaqif Əsədovun sözlərinə görə, paytaxtın Sumqayıt və Abşeron rayonlarından mərkəzə doğru hərəkət edənlər isə Tibliski prospektinin köməyilə, Neftçilər prospekti istiqamətində hərəkət etmədən, istənilən küçə və prospektlər üzrə sərbəst və fasiləsiz hərəkət edə bilərlər.
Paytaxt polisi sakinləri, sürücü və piyadaları, Novruz şənliyinə qatılmaq istəyən şəxsləri xəbərdar edir ki, keçiriləcək tədbirləri nəzərə alıb həmin istiqamətlərdə yalnız ictimai nəqliyyat vasitələrində istifadəyə üstünlük versinlər.
Mənbə
ANS TV: Nərgiz Tahirova
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10