[ 18 Mart 2015 23:14 ]
Bakı-APA. ABŞ-ın Arizona ştatında məktəb yaxınlığında baş verən atışma nəticəsində azı 4 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Mesa şəhərində qeydə alınıb.
Yerli polisin məlumatına əsasən, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hazırda cinayətin iştirakçılarının tutulması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin təffərüatları barədə geniş məlumat verilmir.