ABŞ-ın Şimali Karolina ştatında bir nəfərin uşağa qarşı etdiyi zorakılıq etirazlara səbəb olub.

ANS PRESS-in məlumatına görə, 58 yaşlı Dorian Harper 11 yaşlı uşaq sözünə baxmadığı üçün onu eyvana bağlayıb, boynundan isə ölü toyuq asıb. Buna səbəb isə uşaq fermada işləyərkən toyuqlardan biri ölüb.

Polis uşağa qarşı edilən zorakılıqdan xəbər tutub və həmin şəxsi həbs edib.

Saxlaınlan şəxs istintaq zamanı uşağa işgəncə verdiyini boynuna alıb. Dindirilmə zamanı məlum olub ki, o, vaxtilə uşağa odlu silahla da xəsarət yetirib.

Polis 58 yaşlı Dorian Harperi və onun arvadı 58 yaşlı Vanda Larsonu həbs edib. Onlara uşağa qəyyumluq edirmişlər.
Mənbə
ANS PRESS