"Bu gözəlləmə qadın gözəlliyinin vəsfi kimi bugünümüzə qədər gəlib-çıxıb. Mən isə qərara aldım ki, xanım gözəlliyi ilə yanaşı, milli-mənəvi dəyərlərimizin gözəlliyi - qədim musiqi alətimiz olan saz, dastanlarda yaşayan el havası, rəqslərimiz, milli geyimlərimiz, xalçalarımız, ən önəmlisi şəhərimizin tarixi və müasir məkanları süjet xəttində əks olunsun. Klip Dövlət Xalça Muzeyində, Heydər Əliyev mərkəzinin, "Qoşa qala" qapılarının, eləcədə "Qız qalası"nın qarşısında çəkilib. Xoreoqraf Nailə Məmmədzadə saz havasına uyğun rəqs qurdu və mən oğlan rəqqaslarla birlikdə kameralar qarşısına keçib rəqs etdim. Bunu bacarmağımın özü də bir yenilikdir.
Məlumdur ki, iyun ayında Azərbaycan "Avropa Olimpiya Oyunları"na ev sahibliyi edəcək. İndi bütün diqqət bu mötəbər idman bayramının hazırlıqlarına yönəlib. Çalışdım ki, bu işdə vətəninə bağlı olan sənət adamı kimi az da olsa mənim də payım olsun. Ümumilikdə ərsəyə gətirilən klipi Azərbaycanı tərənnüm edən tanıtım çarxları sırasına daxil etmək olar. İnanıram ki, həm dəyərli oxucularımız, həm də Olimpiya oyunları ərəfəsində vətənimizə gələcək qonaqlar bu klipi də izləsələr, Azərbaycan haqqında xoş təəssüratlarını özləri üçün formalaşdıracaqlar.
Etibar Qasımbəylinin aranjeman etdiyi instrumental saz havasını Ülviyyə Könülün ekranlaşdırır. Klipin pperatoru Elmir Süleymanov, montajı Ramiz Hüseynovdur.
Aşıq Samirə Azərbaycanın əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, prezident mükafatçısıdır.

















Mənbə
ANS PRESS