Bakı, 18 mart, AZƏRTAC 
Azərbaycanın Sudanda diplomatik nümayəndəliyinin açılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sudanlı həmkarı Əli Əhməd Karti ilə keçirdiyi mətbuat konfransında məlumat verib. E.Məmmədyarov Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Bir müddət əvvəl Efiopiyada Azərbaycan səfirliyinin açıldığını xatırladan nazir diqqətə çatdırıb ki, Afrika İttifaqının qərargahı da bu ölkədə yerləşir. Nazir əlavə edib ki, diplomatik nümayəndəlik açmaq üçün Sudan da önəmli ölkədir.