Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC bu dəfə Novruz bayramı ilə əlaqədar rouminqdə olan abunəçiləri üçün endirim edib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, martın 18–dən 31-dək rominq xidməti çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində daxil olan zənglər üçün Azercell abunəçilərinə xidmət haqqı tətbiq edilməyəcək. Əlavə olaraq fakturalı xətt abunəçiləri “Etisalat” mobil operatorunun şəbəkəsində internet xidməti üçün endirimli tariflərdən faydalana biləcəklər. Abunəçilər 1 meqabayt internet üçün ƏDV daxil 0,40 AZN ödəyəcəklər.
Məlumatda bildirilir ki, ötən ay Azercell rouminqdə olan abunəçiləri üçün daha bir endirim həyata keçirib. Artıq rouminqdə olan Azercell Fakturalı və Fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Azercell, həmçinin, fakturalı xətt abunəçiləri üçün rouminq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv etdi. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rouminq xidmətlərini aktiv edə bildilər.
Onu da qeyd edək ki, martın 18-dən etibarən, həm də, “Hədsiz” tarif paketində olan və yeni aktiv olunan müştərilərə hər faktura dövrü ərzində beynəlxalq zənglər üçün 50 (əlli) PULSUZ dəqiqə veriləcək və Rusiya, Türkiyə, Fransa, Böyük Britaniya və Almaniyada rouminq zamanı edilən zənglərə 40 faiz qədər endirimlər tətbiq olunacaq.
Ətraflı məlumatı news@mcs.az ünvanından əldə etmək olar.