"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının ən aktiv mənsublarından biri, çoxsaylı edam videolarında yer alan Əbu Vəhib sosial şəbəkələrdə lağa qoyulub.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, İŞİD-in ən məşhur komandirlərindən biri, "Cəllad" ləqəbi ilə tanınan 28 yaşlı Əbu Vəhibin kamuflyajdakı fotosunu Twitter-də Əbu Məhəmməd adlı şəxs toyuq dönəri ilə müqayisə edib. Fotomontaj "#same" adı ilə paylaşılıb.
Əbu Vəhib 2013-cü ildə 3 suriyalı yük maşını sürücüsünü güllədiyi videosundan sonra tanınıb.
Milli.Az