Müğənni Roza Zərgərli sosial şəbəkədə yazılan tənqidi fikirlərə cavab verib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı belə mesajları silmədiyini deyib:

“Yüz kağız” filmində Merilin Monro obrazında çəkilmişəm, oradan fotolar paylaşmışdım. Bəyənən də, bəyənməyən də oldu. Başqa müğənnilər kimi yazılan pis şərhləri silmirəm. Bu normal haldır. Yazırlar bəyənmədim, nə gündəsən, Merilin Monro hara, sən hara, köksən. Bunlar mənə təsir etmir. Önəmlisi odur ki, rejissor mənə o rolu layiq görüb və onun öhdəsindən gəlmişəm. Ümumiyyətlə, həmişə deyirəm, Roza Zərgərlinin xasiyyətini bilmək istəyirsinizsə, beş məşhur qadına baxmaq kifayətdir. Onlardan biri də Merilin Monrodur. Sənət baxımından onunla çox bənzəyirik. Onun “Yeddi gecə, yeddi gün” filminə baxsınlar, orada görəcəklər, eyni mən”.