Seminarda innovasiya sahəsində görülən işlərdən danışılıb
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti aparatında innovasiya şöbəsinin təşəbbüsü ilə seminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, seminarda aparatın innovasiya şöbəsinin rəisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayev AMEA-nın inkişaf strategiyaları, təklif olunan İnnovasiya Fondu, Biznes İnkubator və texnoparkın yaradılması barədə iştirakçılara məlumat verib, akademiyanın bu sahədə gördüyü işlərdən danışıb.
Sonra türkiyəli professor, Erciyes Texnoparkının direktoru Bilgin Yazlık ölkəsinin təcrübəsi barədə təqdimatla çıxış edib.
Təqdimatda TÜBİTAK-ın (Türkiyə Elm və Texnoloji Araşdırmalar Qurumu) akademik layihələrə maliyyə dəstəyi ayırmasından, dövlətin bu sahəyə qayğısından, alimlərin müxtəlif tipli müəssisələrlə birgə layihələrində hər iki tərəfin maraqları və alimin tədqiqatı qorunmaqla əməkdaşlığın inkişaf etdirilməsindən, düzgün strategiyadan istifadə etməklə bu sahədə daha çox patent almağın mümkünlüyündən söz açılıb. B.Yazlık müxtəlif əlverişli yolları araşdırılmaqla, rəhbəri olduğu texnopark əsasında Azərbaycanda yeni texnoparklar modeli yaratmağı təklif edib.
Tədbirdə AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov, akademiyanın elmi müəssisə və təşkilatlarının innovasiya üzrə məsul şəxsləri, eləcə də Erciyes Texnoparkı direktorunun müavini Səlahəddin Gönülatəş fikir mübadiləsi aparıb, innovativ-istehsalat kompleksi olan bu parkların elmi nailiyyətləri sərgiləmək baxımından xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Bu sahənin inkişafı istiqamətində müxtəlif təkliflərin hazırlanmasının vacibliyi vurğulanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10