Kiyev, 18 mart, AZƏRTAC
Ukrayna Milli Aviasiya Universitetinin magistr pilləsi üzrə məzunların diplomlarının təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli məzunları təbrik edib, səfirliyin Milli Aviasiya Universiteti ilə əməkdaşlığı barədə danışıb. Diplomat məzunlar arasında mühəndis-mexanik ixtisası üzrə təhsil almış azərbaycanlı tələbə Ağamehdi Mehdiyevlə söhbət edib.
Səfir universitetin rektoru Nikolay Kulik ilə də görüşüb.
Rektor universitetdə təhsil alan azərbaycanlı tələbələrdən razılıqla danışıb. O, salamlarını Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə çatdırmağı xahiş edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev