ABŞ-da 1930-cu ildə yaradılmış KFC, yəni "Kentucky Fried Chicken" fastfud restoranları şəbəkəsi indi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir. Britaniyadakı KFC restoranlarında hər dəqiqə təqribən 400 tikə qızardılmış toyuq əti satılır.
 
KFC-nin əməkdaşlıq etdiyi 1000 toyuq fermasında ildə 23 milyon toyuq bu restoranlar şəbəkəsinə göndərilir.
Milli.Az bildirir ki, Britaniyanın BBC teleradiokorporasiyasının BBC1 telekanalı KFC-nin fəaliyyəti ilə bağlı "The Billion Dollar Chicken Shop" adlı sənədli film çəkib.
 
Filmdə KFC restoranlar şəbəkəsini toyuq əti ilə təmin edən fermalardan biri göstərilir. Bu fermada 1000 toyuq var.
Onların yumurtadan çıxaraq kəsilmələri və restoranlar şəbəkəsinə göndərilməsi arasındakı müddət 35 gündür.
Cəmi 35 gün...
 
Yumurtadan çıxan cücənin kəsilməsi mümkün iri toyuğa dönməsi müddətinin belə qısa olmasını mütəxəssislər anormallıq sayırlar. Buna rəğmən, KFC rəhbərliyinin dediyinə görə, onların məhsulları və xüsusilə də tərəfdaş şirkətlərin yetişdirdikləri toyuqların keyfiyyəti müvafiq normalara tam cavab verməklə yanaşı, onları üstələyir.
 
BBC1 reportyorları KFC-ni toyuqla təmin edən fermalardan birində olublar. Bu fermada 34 min toyuq bir anqarda saxlanılır. Hədsiz darısqallıq, hər yer oyuq zılı, üfunət, dərman qoxusu - amma anqarda çalışan fermer Endryunun dediyinə görə, "toyuqların vəziyyəti yaxşıdır və onlardan əla ət alınacaq".
 
Milli.Az
 



Videonu izləmək üçün şəkilə klikləyin.

фото