Ermənistana sanksiya tətbiq olunmalıdır
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclasla bağlı müsahibəsində deyib: Komitədə bir neçə məsələ ilə yanaşı, bu yaxınlarda Azərbaycana səfər etmiş həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinskinin ölkəmizlə bağlı ilkin hesabatı və Azərbaycana birbaşa aid olan “dondurulmuş münaqişələr” məsələsi geniş müzakirə olundu. Həmməruzəçilər Azərbaycanda keçirdikləri görüşlər və mövcud vəziyyət barədə məlumat verdilər. Bildirdilər ki, hazırda Azərbaycanda işlər əsas iki istiqamət üzrə aparılır - birincisi, beynəlxalq təşkilatlarla əlaqələrin yüksək səviyyədə həyata keçirilməsi, ikincisi Bakıda təşkil ediləcək ilk Avropa Oyunları ərəfəsində böyük quruculuq işlərinin görülməsi.
Mən çıxışımda hər iki məsələyə münasibətimi bildirdim. Qeyd etdim ki, AŞPA-nın yeni təyin olunmuş məruzəçisi polşalı deputat Tadeuş İvinski ilə işləməyə hazırıq və artıq demək olar bu iş başlayıb. Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə konstruktiv şəkildə əməkdaşlıq etməkdədir.
Həmçinin diqqətə çatdırdım ki, ilk Avropa Oyunları ərəfəsində ölkəmizdə böyük quruculuq, yenidənqurma işləri görülür. Bütün bunlar Azərbaycanın imicini və ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq istiqamətində növbəti mühüm addımdır.
“Dondurulmuş münaqişələr”lə bağlı fikir mübadiləsi aparılarkən komitə üzvləri qeyd etdilər ki, bu münaqişələr çox təhlükəlidir. Ona görə də bununla bağlı növbəti yığıncaqlarda fikir mübadiləsinin davam etdirilməsi məqsədəuyğundur.
Nümayəndə heyətinin rəhbəri kimi məsələ ilə bağlı qeyd etdim ki, Avropa Şurasının üzvü olan bir ölkənin ərazisini işğal edən digər üzv ölkənin Şurada, monitorinq komitəsində mövcudluğu qanunauyğun deyil. Ona görə də Avropa Şurası, təşkilatın monitorinq və digər komitələri münaqişələrlə bağlı məsələnin ümumiyyətlə gündəmdən çıxarılmasını istəyirlərsə, əvvəlcə Azərbaycan torpaqlarını işğal etmiş erməni silahlı birləşmələrinin ölkəmizin ərazisini tərk etməsi istiqamətində ciddi addım atmalı, Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırmalıdır. Bunlara əməl olunmadığı təqdirdə Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.
Təbii ki, bu müzakirələr yalnız fikir mübadiləsidir. Bildiyiniz kimi, AŞPA-nın siyasi komitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi təyin olunub. Bununla əlaqədar monitorinq komitəsində də fikir mübadiləsi aparmışıq, aparırıq və yenə də aparacağıq. Bir sözlə, Azərbaycan həqiqətlərini avropalı deputatlara çatdırmağa davam edəcəyik.
Mənbə
AzərTac
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04