ABŞ prezidentinin iqamətgahı olan Ağ evə sianidli məktub göndərilib. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ xüsusi xidmət orqanlarının əməkdaşı Brayan Liri açıqlama yayıb.

Lirinin yaydığı yazılı açıqlamada bazar ertəsi günü Ağ evə daxil olan məktubun keçdiyi iki bioloji testin nəticələrinin neqativ olduğunu, kimyəvi testin isə sianid üçün pozitiv nəticələr göstərdiyini bildirib.

Həmçinin açıqlamada məktubun heç kimə kimyəvi ziyan vurmadığı, hadisə nəticəsində xəsarət alan olmadığı qeyd edilib.

Bundan başqa bildirilib ki, məktub Ağ evə daxil olarkən plastik kulyoka sarılı olub və içində südə bənzər məhlul olub.
Mənbə
ANS PRESS