Bakı, 17 mart, Z.Mansurova, AZƏRTAC
Martın 17-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Türk musiqisi səsləndirilib.
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində təqdim olunan konsertdə əvvəlcə səhnəyə Azərbaycan muğam ifaçılıq məktəbinin nümayəndələri çıxıblar. İlk olaraq gözəl muğam ifaçıları Sevinc Sarıyeva, Güllü Muradova, Zümrüd Məmmədovanın ifasında “Şüştər” muğam dəstgahı səslənib. Sonra isə əməkdar artistlər Zakir Əliyev, Almaz Orucova və gənc ifaçı Günay İmamverdiyeva tərəfindən “Humayun” muğamı ifa edilib.
Sonra Türk müğənnisi Kudsi Ergüner və onun ansamblının, musiqiçi dostlarının ifasında qədim Osmanlı, sufi musiqisi səsləndirilib.
Tamaşaçılar ifaları sürəkli alqışlarla qarşılayıb.