Məlumata görə, həmin günlərdə qrafik üzrə planlaşdırılmış təmir işlərinin aparılması nəzərdə tutulmur.
Qurum, istehlakçıların bayram günlərində elektrik enerjisinə artan tələbatının daha dolğun şəkildə ödənilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirildiyini açıqlayıb. İlin əvvəlindən nəzərdə tutulan işlər yerinə yetirilib, bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib, əlavə mal-material ehtiyatı yaradılıb və növbətçi briqadaların sayı artırılıb. Həmçinin, bu briqadalar nəqliyyat vasitələri ilə təmin olunub.