Fransa arıq modellərlə bağlı yeni qanun qəbul etməyə hazırlaşır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hökumət anoreksiya (sürətli arıqlama) xəstəliyinin qarşısını almaq üçün həddindən artıq arıq modellərin podiuma çıxmasını qadağan edəcək. Qanun layihəsini Sosialist Partiyasının millət vəkili Oliver Veran hazırlayıb. Artıq səhiyyə naziri Marisol Turan da bu ideyanı dəstəkləyib:

"Modellər vaxtında qidalanmalı, normal həyat tərzi sürməli və sağlamlıqlarının qeydinə qalmalıdırlar. Xüsusilə bu, onları özlərinin idealı hesab edən gənc xanımlara ismarışdır”.

Bundan başqa, Oliver Veran model agentliklərində hər bir namizəd üçün vahid kütlə indeksinin tətbiqini və sağlamlıq haqda arayışın təqdim olunmasını təklif edib. Anoreksiyanı təbliğ edən saytların bağlanması da təkliflər sırasındadır.

Qanuna əməl etməyənlərə 6 ay həbs və 75 min avro cərimə nəzərdə tutulur.