Ölkədə biznes mühitinin inkişaf etdiriməsi üçün hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tədbirlər planı hazırlayır.

ANS TV-nin məlumatına görə, bunu İqtisadiyyat və Sənaye Nazirinin müavini Sevinc Həsənova deyib. O bildirib ki, dünya bazarında neftin qiymətinin enməsi, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manata təzyiqi artırıb. Belə bir vəziyyətdə hökumət iş adamlarına dəstək verəcək.

Tikinti, İxrac və Əmlakın qeydiyyatı sahəsində yenilik olacaq.

Sevinc Həsənova qeyd etdi ki, biznes mühiti üçün vacib olan tikinti, ixrac, əmlak qeydiyyatı sahələrində Nazirliyik müvafiq dövlət qurumlar ilə birgə əlavə tədbirlər hazırlayır . O dünya bankı ilə biznes mühitinin inkişaf etdirilməsinə və təkmilləşdirilməsində öz səylərinin bundan sonra da davam edəcəyini vurğuladı.

Mənbə
ANS TV