Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Qarş şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan sənaye liseyinin açılışı keçirilir. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edirlər. Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.
Bu gün eyni zamanda, Qarsda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Trans-Anadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az