Bakı, 17 mart, Ə.Məmmədov, A.Quluzadə, AZƏRTAC
Ölkəmizdə məcburi köçkünlərin sosial problemlərinin həllinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına hər zaman olduğu kimi, ötən il də böyük önəm verilib.
Bu fikri Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti barədə hesabatla çıxış edərkən deyib.
Baş nazir bildirib ki, 2014-cü ildə məcburi köçkünlər üçün 6 yeni qəsəbə və 11 çoxmərtəbəli binadan ibarət olan yaşayış kompleksi salınıb. Bununla da 4 mindən çox məcburi köçkün ailəsi yeni mənzillə təmin edilib. Ümumilikdə, məcburi köçkünlərin sosial, mənzil və məişət problemlərinin həllinə 630 milyon manatdan çox maliyyə vəsaiti xərclənib.