Rusiyada Azərbaycan vətəndaşları saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Kursk şəhərində azərbaycanlılar ödəmə terminalını yarmaq istəyiblər.

Gecə saatlarında 4 kişi Dostluq prospektindəki ərzaq pavilyonunun yanındakı terminalı linglə sındırmağa cəhd ediblər. Lakin satıcı qız qurğunu sındırmağa cəhd edənləri görüb. O, dərhal "həyəcan siqanlına" basıb və polis çağırıb.

Dərhal hadisə yerinə gələn polis şübhəlilərdən birini saxlaya bilib. Digərləri isə hadisə yerindən qaçıblar.
Amma onlar uzağa gedə bilməyiblər. Səhər açılar-açılmaz soyğuna cəhd edənlər kirayə qaldıqları evdə saxlanılıblar. Onlardan plevmatik silah, ling götürülüb.

İndi Azərbaycan vətəndaşları terminalı yarmaq istəklərinə görə 5 il azadlıqlarını itirə bilərlər.
Mənbə
ANS PRESS