Bu gün Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

ANS PRESS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, səhər saat 11:00-dan Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Ağa Nemətulla küçəsindən istifadə etmələri tövsiyə olunur.


Mənbə
ANS PRESS