Təhsil naziri Mikayıl Cabbarov xaricdə təhsil alan tələbələrdən danışıb. Lent.az-ın məlumatına görə, nazir Azərbaycan investisiya sammitində çıxış edərkən qeyd edib ki, xaricdə təhsil alaraq ölkəyə qayıdan 900 nəfər gənc respublikanın dövlət və özəl sektorunda çalışır. “Yaxın vaxtlarda birgə kadr hazırlığı məqsədilə Dövlət İqtisad Universiteti ilə birlikdə London School of Economy arasında razılıq əldə ediləcək” - deyə, təhsil naziri əlavə edib.