[ 17 Mart 2015 09:39 ]


Şəki. Vüqar Heydərov - APA. Şəkidə 76 yaşlı kişi 68 yaşlı arvadını balta ilə qətlə yetirib.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən axşam saat 22 radələrində rayonun Baş Göynük kəndində baş verib.

 

1939-cu il təvəllüdlü, İslam Zəkəriyə oğlu Abduyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1947-ci il təvəllüdlü İrayə Məmməd qızı Məmmədovanın baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib. İ. Abduyev saxlanılıb.
 

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.