Türkiyəli milyarder Əli Ağaoğlu martın 3-də olan ad gününü ötən gün sevgilisi Sofiya Larina ilə birlikdə Uludağda qeyd edib. Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, doğum gününü daha əvvəl Moskvada keçirən iş adamı sevgilisi ilə də məclis qurmaq qərarına gəlib. Gecə boyunca Sofiya ilə rəqs edən Ə.Ağaoğlu şampan içərək tort kəsib.