“Hal-hazırda “Boyunbağı” serialında çəkilirəm, amma bu serialdan öncə “Həyat, sən nə qəribəsən” serialına dəvət almışdım. Hətta iki illik müqaviləyə də razılıq vermişdim, lakin obyektiv səbəblər üzündən etiraz etdim. Yeni seriallara da dəvət alıram, amma dəvəti qəbul edə bilmirəm. Çünki əksər vaxtımı teatra ayırıram. Mədəniyyət və İncəsənətdə köhnə dədə-baba qaydasından imtina etmək olmaz. O qaydalarda peşəkarlıq daha çox idi. İnternet əsridir deyə hər şeyi sürətlə etmək düzgün deyil. Hər işin öz zaman çərçivəsi var. Nə tez, nə də gec. Uşaq ana bətnində doqquz aya yetişir, tez olsa, ruslar ona “nedonoşennı” deyirlər. Teatr, kino, bunlar da belədir. Müəyyən mənada bugünkü teatrda çalışmağım üçün çətinliklər var. Əsasən də mənəvi durumdur. O da fiziki sağlamlığımla bağlıdır. Yaradıcılığımda elə bir süstlük hiss etmirəm, əksinə, fəaliyyətim qənaətbəxşdir”, - deyə aktyor bildirib.
Əli Rəhimoğlu
Milli.Az















