Dünyanın müxtəlif ölkələrinin ordularında yaşanan hadisələrin ilginc görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, Çin ordusunda əsgərlərə sərt təlim keçirlər. Havanın temperaturu mənfi 20 dərəcə olsa belə əsgərlər məşq etdirilir. Sərt soyuğa baxmayaraq məşq edən əsgərlər yalnız hərbi paltarlar geyinir.

Çin ordusunda xidmət edən əsgərlərin sərt soyuqda etdiyi məşqlərdə kirpiklərin don tutması halları da olub.

Çinlə yanaşı Hindistan, ABŞ və Rusiya ordusunda da əsgərlər çətin şəraitdə təlimlərə cəlb edilir. Xüsusi ilə də kəşfiyat və diversiya qruplarının təlimləri daha sərt olur.

Sizə təqdim edəcəyimiz görüntülərdə əsgərlərin təlimləri ilə yanaşı nizam-intizamı və gülməli anları da əksini tapıb.









































































Mənbə
ANS PRESS