Vaqif Mustafazadənin 75 illik yubileyi ilə bağlı tədbir keçirilib
"Report" xəbər verir ki, bu münasibətlə İçərişəhərdə "Vaqifsayağı" Caz Festivalının açılışı olub.
Festival Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Gilan Holdinq”in baş sponsorluğu, Azərbaycan Dövlət Filarmoniyasının texniki dəstəyi və “Voice of Azerbaijan” teleradiosunun təşkilatçılığı ilə baş tutub.
Festivalın əsas təşkilatçısı Şakir Eminbəyli və Rahib Azərinin təşəbbüsü ilə səhər saatlarında Vaqif Mustafazadənin məzarı ziyarət edilib, mərhumun ruhuna dualar oxunub.
Sonra festival iştirakçıları və media nümayəndələri Vaqif Mustafazadənin İçərişəhərdə olan ev muzeyini ziyarət ediblər. Muzeydə Vaqifin caz dünyası, musiqi aləmi, insan kimi xasiyyətləri barəsində onun dostları, qohumları danışıb.
Ev muzeyinin direktoru, V.Mustafazadənin dayısı qızı Afaq Əliyeva martın 16-nın Vaqifin bayramı olduğunu deyib: "Bu gün bütünlüklə Vaqifə həsr edilib. "Vaqifsayağı" adlanan festival axşam saatlarınadək İçərişəhərdə açıq havada qeyd ediləcək. Axşam Bakı Caz Mərkəzində Akif Süleymanbəylinin iştirakı ilə caz konserti keçiriləcək. Sabah isə Mahnı Teatrında Vaqifin xatirəsini yad edəcəyik"
Festivalın təşkilatçısı Rahib Azəri Vaqif Mustafazadəni ilin bir günü deyil, hər gün xatırlanmasının vacib olduğunu vurğulayıb: "Vaqif Mustafazadə adı çəkiləndə, onun musiqiləri səslənəndə gözümüz önündə köhnə Bakı canlanır. Bakının küçələri, İçərişəhərin əyri-dolanbac yolları bunlar Bakının ruhudur. Vaqifin ruhu İçərişəhərdə gəzir, onun ecazkar musiqisi hər kəsin qəlbində, xatirəsində yaşayır. Vaqif Mustafazadə bu dünyada cəmi 39 il ömür sürüb. Amma özündən sonra nələr qoyub gedib. Vaqif 36 ildir aramızda yoxdur. Amma o tanınır, sevilir, xatırlanır. Nə qədər Bakı var, caz musiqisi var, cazı sevənlər, dinləyənlər var, Vaqifin ruhu, xatirəsi bizlər üçün əziz olaraq qalacaq".
V.Mustafazadənin ev muzeyində davam edən tədbir İçərişəhərin qala divarları qarşısında davam edib. Festivalın açılışını Rahib Azəri edib. Musiqiçilər İlham Nəcəfov və Akif Süleymanbəyli havanın soyuq olmasına baxmayaraq, İçərişəhərə toplaşan Vaqifsevərlərə unudulmuz konsert proqramı bəxş ediblər.
Xatırladaq ki, Vaqif Mustafazadə 1940-cı ildə Bakıda, İçərişəhərdə anadan olub.
Atasının ölümündən sonra, anası Zivər xanım Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. Zivər xanım dahi Üzeyir bəyin tələbəsi idi və musiqi müəlliməsi kimi dərs deyirdi.
Vaqif Mustafazadə 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib.
Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır.
V.Mustafazadə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanırdı. Vaqif Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
1979-cu il dekabrın 16-da Vaqif Mustafazdə Daşkənddə qastrolda olarkən ürək tutmasından vəfat edir.
1982-ci ildə ölümündən sonra V.Mustafazdəyə Azərbaycan dövlət mükafatı verilib.
Qeyd edək ki, Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr edilən təntənəli mərasim aprelin 10-da Heydər Əliyev Sarayında keçiriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10